Modern.az

Azərbaycan musqisi qəlbləri fəth edir

Azərbaycan musqisi qəlbləri fəth edir

Mədəniyyət

28 Oktyabr 2025, 10:20

Türkiyə  Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ankarada təşkil edilən X Türk Dünyası Sənədli Film Festivalının mükafatlandırma mərasimində “Səda” musiqi kursları şagirdlərinindən fleytada Nigar Rza və kamançada Tural Məmmədov Üzeyir Hacıbəylinin “Sənsiz”, Azər Rzayevin “Düşüncə”, Andrey Babayevin “Nazəndə sevgilim” və s. əsərləri məharətlə ifa ediblər.

Həmyerlimiz Aytən Rəhimovanın rəhbərliyi ilə Ankarada fəaliyyət göstərən göstərən “Səda” musiqi kursları şagirdlərinin ifaları X Türk Dünyası Sənədli Film Festivalının iştirakçıları  tərəfindən böyük maraq və hərarətli alqışlarla qarşılanıb. Azərbaycan musiqisi tədbirə xüsusi bir gözəllik və qeyri-adi ovqat bəxş edib.

X Türk Dünyası Sənədli Film Festivalında şagirdlərinin uğurlu ifalarından qürur hissi keçirən “Səda” musiqi kurslarının rəhbəri Aytən Rəhimova bildirib ki, bu kimi mədəni platformalar Türk dünyası gənclərinin ortaq dəyərlər ətrafında birləşməsini təmin edir və bu, mədəni davamlılığın ən güclü təminatıdır.

Azərbaycan musiqisinin qardaş Türkiyədə təbliğ olunmasında təqdirəlayiq xidmətlər göstərən, milli musiqimizi,  zəngin musiqi sərvətimizi  tanıtmağa və sevdirməyə böyük əmək sərf edən Aytən Rəhimova musiqini “mədəni diplomatiyanın universal aləti” adlandırıb  və Azərbaycanın və digər türk xalqlarının musiqi irsinin davamlı olaraq təbliğinin vacibliyini vurğulayıb.

Hikmət Xudiyev
Ankara

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyev rus ordusunu Bakıda qarşılayacaqdı