Modern.az

Bakıda Zeytun Festivalı AÇILIR

Bakıda Zeytun Festivalı AÇILIR

Mədəniyyət

31 Oktyabr 2025, 09:16

Bu gün İçərişəhrdə Zeytun Festivalı açılacaq.

1 noyabr saat 12:00-da İçərişəhərdə ölkə tarixində ilk dəfə təşkil olunan Zeytun Festivalının təntənəli açılış mərasimi olacaq.

Bu barədə Modern.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Festival 2 noyabr saat 20:00-a kimi davam edəcək.

Tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Festival çərçivəsində zəngin yarmarka proqramı, konsertlər, rəssamların açıq hava plenarı, həmçinin sərgilər təşkil olunacaq. Qonaqlar həm müxtəlif bölgələrdən gətirilən zeytun və zeytun məhsulları ilə tanış olacaq, həm də İçərişəhərin tarixi mühitində maraqlı mədəni və əyləncəli anlar yaşayacaqlar.

İçərişəhərin özünəməxsus ab-havasında keçiriləcək bu festival yerli sənətkarların, rəssamların, musiqiçilərin iştirakı ilə birgə ənənə və müasirliyin vəhdətini nümayiş etdirəcək.

Bundan əlavə, festival çərçivəsində uşaqlar üçün xüsusi əyləncə proqramı da nəzərdə tutulub. Kiçik ziyarətçiləri oyunlar, yaradıcılıq guşələri və maraqlı ustad dərsləri gözləyir.

Yerli və beynəlxalq istehsalçıların iştirakı ilə zeytun və zeytun yağı sərgi-yarmarkası, İçərişəhərdə fəaliyyət göstərən restoranların xüsusi zeytun menyuları, sənət guşələri - hamısı festival günlərində qonaqları gözləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?