Modern.az

Mədəniyyət Nazirliyi Zəfərlə bağlı nələr edib...

Mədəniyyət Nazirliyi Zəfərlə bağlı nələr edib...

Mədəniyyət

10 Noyabr 2025, 15:30

2021-ci ildən etibarən hər il Vaqif Poeziya Günləri və “Xarıbülbül” musiqi festivalı uğurla təşkil olunur.

Bu barədə Modern.az-ın son 5 ildə Zəfərlə bağlı mədəniyyət sahəsində həyata keçirilən layihələrlə bağlı sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 2022-ci ilin “Şuşa İli”, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü il üçün isə “İslam dünyasının mədəniyyət paytaxtı”, Laçın şəhərinin 2025-ci il üçün “MDB-nin mədəniyyət paytaxtı” elan olunması ilə əlaqədar il ərzində silsilə tədbirlər həyata keçirilib. Eyni zamanda, “Məclisi-üns” və “Şuşa Yaradıcılıq Emalatxanası” layihələri icra olunub.

Qeyd edilib ki, ümumilikdə, 100-dən artıq beynəlxalq və regional əhəmiyyətli mədəni tədbir təşkil olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var