Modern.az

Azərbaycan UNESCO-nun komitəsinə üzv seçilib

Azərbaycan UNESCO-nun komitəsinə üzv seçilib

Mədəniyyət

10 Noyabr 2025, 13:23

Azərbaycan 2025–2029-cu illər üçün “Mənşə ölkələrinə mədəni əmlakın qaytarılmasının və ya qanunsuz mənimsənildiyi hallarda onun bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə”yə (ICPRCP) üzv seçilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə səhifəsində bildirilib.

"Bu seçki Azərbaycanın mədəni irsin qorunması və bərpası istiqamətindəki prinsipial mövqeyinə və beynəlxalq səviyyədə fəal təşəbbüslərinə verilən yüksək qiymət kimi dəyərləndirilir", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu barədə qərar Səmərqənddə keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var