İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib.
Bu barədə Modern.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, Komitə imam vəzifəsi üzrə 17, imam müavini vəzifəsi üzrə 31 məsciddə vakant yer elan olunub.
Bununla bərabər, kişi dini ayinlərin icraçısı vəzifəsi üzrə 9, qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə isə 4 məsciddə müsahibə elan edilib.
Müsahibədə iştirak etmək istəyən namizədlər 26 yanvar 2026-cı il saat 9:00-dan 25 fevral 2026-cı il saat 18:00-dək sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16, AZ 1001) təqdim etməlidirlər.
İmam vəzifəsi üzrə:
1. Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi “Şeyx Sədrəddin Badikubi” məscidi – 1 yer
2. Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbə məscidi – 1 yer
3. Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, “Şamlı” məscidi – 1 yer
4. Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer
5. Qusar şəhəri “Mustafa Kazdal” məscidi – 1 yer
6. Siyəzən rayonu Sədan kəndi “Cümə” məscidi – 1 yer
7. Şirvan şəhəri "Zeynəlabidin" məscidi – 1 yer
8. Şirvan şəhəri “Cümə” məscidi – 1 yer
9. Salyan şəhəri “Beytül Əli” məscidi – 1 yer
10. Salyan rayonu Xıdırlı kənd məscidi – 1 yer
11. Biləsuvar şəhəri “İmam Zaman” məscidi – 1 yer
12. Şəki rayonu Şin kənd məscidi – 1 yer
13. Gəncə şəhər “Qırıxlı” məscidi – 1 yer
14. Kürdəmir rayonu Sığırlı kənd “Fatimeyi Zəhra” məscidi – 2 yer
15. İsmayıllı rayonu Lahıc qəsəbəsi “Bədöyün” məscidi – 1 yer
16. Astara rayonu Sım kənd məscidi – 1 yer
17. İmişli şəhəri “İmam Əli” məscidi – 1 yer
İmam müavini vəzifəsi üzrə:
1. Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi “Cümə” məscidi – 1 yer
2. Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbə məscidi – 1 yer
3. Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi “Cümə” məscidi – 1 yer
4. Bakı şəhəri Binəqədi rayonu Əliçıraq yaşayış massivi “Əliçıraq” məscidi – 1 yer
5. Xızı şəhər məscidi – 1 yer
6. Abşeron rayonu Görədil qəsəbəsi “Əbdürrəhman” məscidi – 1 yer
7. Quba şəhəri "Ağ məscid" məscidi – 1 yer
8. Xaçmaz rayonu Xudat şəhər “İmam Hüseyn” məscidi – 1 yer
9. Xaçmaz rayonu Pirquluoba kənd məscidi – 1 yer
10. Qusar rayonu Mucuq-oba kənd məscidi – 1 yer
11. Mingəçevir şəhəri “Zəhra” məscidi – 1 yer
12. Sabirabad rayonu Qaratuğay kənd (2) məscidi – 1 yer
13. Saatlı rayonu Seyidlər kənd məscidi – 1 yer
14. İmişli şəhəri "İmam Zaman" məscidi – 1 yer
15. Lənkəran rayonu Liman şəhər “Cümə” məscidi – 1 yer
16. Lənkəran rayonu Viyən kənd məscidi – 1 yer
17. Astara rayonu Şahağacı kənd məscidi – 1 yer
18. Lerik rayonu Livədirqə kənd məscidi – 1 yer
19. Hacıqabul şəhəri “Hacı Yadulla” məscidi – 1 yer
20. Neftçala rayonu Bankə qəsəbəsi “Həzrət Əli” məscidi – 1 yer
21. Masallı rayonu Sığdaş kənd məscidi – 1 yer
22. Cəlilabad rayonu Uzuntəpə kəndi “Əbəlfəz” məscidi – 1 yer
23. Yardımlı rayonu Ostayır kənd məscidi – 1 yer
24. Qəbələ rayonu Bunud kənd məscidi – 1 yer
25. Balakən rayonu Yeni Şərif kəndi "Mərkəzi" məscidi – 1 yer
26. Qax rayonu Tasmalı kəndi "Cümə" məscidi – 1 yer
27. Zərdab rayonu Qoruqbağı kənd məscidi – 1 yer
28. Ucar rayonu Qazıqumlaq kəndi "Həzrəti Osman" məscidi – 1 yer
29. Şamaxı rayonu Mərzəndiyə kəndi “Şikar” məscidi – 1 yer
30. Ağsu rayonu Ərəbuşağı kənd məscidi – 1 yer
31. Qobustan rayonu Ərəbşalbaş kəndi "Hacı Gülmalı" məscidi – 1 yer
Dini ayinlərin icraçısı vəzifəsi üzrə:
1. Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi “Qədim Cümə” məscidi – 1 yer
2. Quba rayonu İspik kənd məscidi – 1 yer
3. Ağdaş rayonu Yuxarı Ləki kəndi “Məhəmmədəli” məscidi – 1 yer
4. Ağdaş rayonu Ərəbocaq kənd məscidi – 1 yer
5. Bərdə şəhəri “İmamzadə” məscidi – 1 yer
6. Biləsuvar rayonu Çaylı kənd məscidi – 1 yer
7. Zaqatala rayonu Lahıc kənd məscidi – 1 yer
8. Zərdab rayonu Əlibəyli kənd məscidi – 1 yer
9. Göyçay rayonu Mallı-Şıxlı kənd məscidi – 1 yer
Qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə:
1. Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer
2. Bərdə şəhəri “Cümə” məscidi – 1 yer
3. Yevlax şəhəri “Cümə” məscidi – 1 yer
4. Qəbələ şəhəri “Səkkizguşəli” məscidi – 1 yer