Müəllimlərin 4 faizi ixtisası üzrə işləmir.
Modern.az məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə zamanı mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib.
Nazirin müşaviri qeyd edib ki, ölkə üzrə dərs deyən musiqi müəllimlərin 77 faizi və ya 9 287 nəfəri ixtisas üzrə orta ixtisas təhsillidir. Ali təhsilli müəllimlərin (ixtisas üzrə) payı 14 faiz və ya 1 720 nəfər təşkil edir. Ali təhsilli, lakin ixtisas üzrə olmayan müəllimlər 4 faiz (467 nəfər), tam orta təhsilli müəllimlər 3 faiz (435 nəfər), orta ixtisas təhsilli, lakin ixtisas üzrə olmayanlar isə 2 faiz (242 nəfər) təşkil edir.
Bakı şəhəri üzrə müəllimlərin təxminən yarısı ali təhsillidirsə, digər regionlar üzrə orta ixtisas təhsilli müəllimlər üstündür.