Modern.az

"Geri qayıtmayacaq zaman…” - Ramiz Novruzun oğlundan təsirli paylaşım

"Geri qayıtmayacaq zaman…” - Ramiz Novruzun oğlundan təsirli paylaşım

Mədəniyyət

Bu gün, 09:00

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz anası Xoşavaz xanımla bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, o, valideynləri ilə birlikdə çəkilən arxiv fotosunu sosial şəbəkədə paylaşaraq anasının ad günü olduğunu bildirib:

"Ad günün mübarək, ana. Bu şəkil sadəcə bir xatirə deyil, atamla birlikdə keçirdiyimiz son ad günüdür. O günün dəyərini indi daha yaxşı anlayıram. Bu kadrda həm sevinc var, həm də geri qayıtmayacaq bir zaman var. Atamla birlikdə son dəfə belə gülmüşdük. Allah səni qorusun.

Yaxşı ki, varsan. Sənə ömrümün sonuna kimi minnətdar olacağam. Yaxşı ana və atama yaxşı həyat yoldaşı olduğun üçün.

Məndən asılı deyil, atamdan sonra həyatımızda nə baş verirsə, onunla bağlayıram".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı soydaşlarımıza ŞOK XƏBƏR - Deportasiya başlayır!