Xalq artisti Əvəz Abdulla Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazovun Mədəniyyət Nazirliyinə çağırılmasını ciddi töhmət adlandıraraq bunun belə qəbuledilməz olduğunu qeyd edib.
Modern.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Sən və sənin komandan, bizim teatrı tərk etməlisiniz, öz istəyinizlə” – deyə Xalq artisti bildirib.
Qeyd edək ki, Əvəz Abdulla bir müddət əvvəl sosial şəbəkədə paylaşım edərək, martın 12-dəki son çıxışından sonra direktor Yusif Eyvazov tərəfindən onunla əmək müqaviləsinin uzadılmadığını bildirib və buna heç bir əsas göstərilmədiyini vurğulayıb. Bundan sonra teatrın digər keçmiş əməkdaşları da oxşar narazılıqlarla çıxış ediblər. Məsələ böyüməkdə davam edir.