Modern.az

Milli Teleradio Şurasının üzvü koronavirusdan öldü

Milli Teleradio Şurasının üzvü koronavirusdan öldü

Media

5 Yanvar 2021, 11:20

Milli Televiziya və Radio Şurasının (MTRŞ) əməkdaşı vəfat edib.

 

Bu barədə Modern.az-a MTRŞ-dan məlumat verilib.

 

Məlumatda bildirilir ki, qurumun üzvü Elyazov Mübariz Elyaz oğlu COVİD-19 koronavirus infeksiyasından 20 gündən çöx müalicə olunduğu xəstəxanada vəfat edib. 

Mübariz Elyazov 1967-ildə Qərbi Azərbaycanın (hazırki Ermənistan Respublikası) Vardenis rayonunda anadan olub. 1988-1993-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Rusiya Federasiyasının Çita vilayətinin Ədliyyə idarəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Çita vilayət prokurorluğunda prokuror köməkçisi və müstəntiq vəzifələrində işləyib. 1999-cu ildən etibarən «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin hüquqşünası olub və Asiya Universitetinin Jurnalistika fakültəsində «Jurnalistika və hüquq» tədris proqramı üzrə seminarlar aparıb.

2003-ci ildə Prezidentin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. O, 2005, 2011, 2017-ci illərdə yenidən Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

Evlidir, iki övladı var.


Allah rəhmət eləsin...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?