Modern.az

Modern.az-ın əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu

Modern.az-ın əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu

12 İyul 2024, 14:10

Medianın İnkişafı Agentliyi (MEDİA) "Fərdi jurnalist müsabiqəsi"nin nəticələrini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

 

Qaliblər arasında Modern.az saytının redaktoru Əfqan Qafarlının adı da var. O, "Ən yaxşı mədəniyyət materialı" nominasiyasında qalib olub.

Ə.Qafarlının "Polad Həşimovun sevdiyi mahnı: onu kim bəstələyib, sözlərini hansı şair yazıb?" adlı yazısı münsiflər tərəfindən bəyənilərək, mükafata layiq görülüb.

Həmin yazı ilə buradan tanış olmaq mümkündür

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat