Modern.az

Verilişi bağlanan aparıcıların taleyi necə olacaq? - AÇIQLAMA

Verilişi bağlanan aparıcıların taleyi necə olacaq? - AÇIQLAMA

Media

Bu gün, 11:04

Azərbaycan teleməkanında bir sıra bayağı verilişlər bağlanıb. Bağlanan verilişlərdən ikisi ATV-də yayımlanan “Bizimləsən” və “Rəngarəng” verilişləri olub.

Modern.az həmin verilişlərin başqa adlarla fəaliyyət göstərib-göstərməyəcəyinı, onların aparıcılarının kanalda qalıb-qalmayacağı ilə bağlı nüansları öyrənmək üçün ATV ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında ATV-nin sözçüsü Özal İbrahim bildirib ki, hələlik verilişlərin bağlanması qərarı verilib, əlavə məlumat olan kimi ictimaiyyətə bildiriləcək:

““Bizimləsən” və “Rəngarəng” verilişlərinin bağlanması kanal rəhbərliyinin daxili qərarıdır. Aparıcıların kanalda  fəaliyyəti ilə bağlı isə hansısa yenilik olsa, bu barədə informasiya veriləcək. Yenə deyirəm, hazırda qərar rəhbərlik tərəfindən verilişlərin bağlanması ilə əlaqədardır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı