Modern.az

“İşğalçı ordu qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməlidir”

“İşğalçı ordu qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməlidir”

Təhsil

4 Aprel 2016, 13:18

“Cəbhə bölgəsində Azərbaycan ordusunun əldə etdiyi qələbələr bir daha sübut edir ki, Azərbaycan ordusu öz torpaqlarını ordumuzun gücü ilə heç kimin köməyi olmadan azad etmək imkanına malikdir. Buna baxmayaraq Azərbaycan  Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları bir daha dünya ictimayyətinə bildirdi ki, Azərbaycan bu konfiliktin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Lakin belə vəziyyət uzun müddət  davam edə bilməz”.

Bunu Modern.az saytına deputat Rauf Əliyev deyib. O bildirib ki, hazırkı vəziyyətdə dünya ictimaiyyəti Ermənistanı zəbt etdiyi torpaqların qeyd-şərtsiz boşaltmasını tələb etməlidir.   BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri kağız üzərində qalmamalıdır.  

Avropa Şurası Parlament Assambleyasının sədri Pedra Aqramunt BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq erməniləri işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilməyə çağırıb.

Ancaq bu çağırışlar yetərli deyil. Artıq dünyanın bütün aparıcı dövlətləri və beynəlxalq qurumları bir mənalı şəkildə Ermənistanın işğalçı siyasətini pisləməlidirlər. Nəhayət Minsk qrupunun üzvü olan dövlətlər Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə məcbur etməlidirlər. Əsas məsələ Ermənistanın zəbt etdiyi torpaqlardan qeyri şərtsiz geri çəkilməsidir.  

Ermənistan tərəfi son döyüşlərdəki məğlubiyyətlərindən nəticə çıxarmalıdır. Onlar artıq Azərbaycan ordusunun nəyə qadir olduğunu gördülər, artıq işğal olunmuş torpaqların boşaldılmasına başlamaq lazımdır.

Beynəlxalq hüquq normaları da bunu tələb edir. Əks halda son günlər cəbhədə baş verən hadisələr tez-tez baş verəcək və konfliktin həll olunması getdikcə uzanacaq.

Bir daha qeyd etmək lazımdır ki, bu münaqişənin müharibə yolu ilə həll etməyə Azərbaycanın kifayət qədər gücü var və lazım gələrsə o bu gücündən istifadə edərək öz torpaqlarını azad edəcək”.  

Modern.az           

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?