Modern.az

Gürcüstan müdafiə nazirindən Qarabağ AÇIQLAMASI

Gürcüstan müdafiə nazirindən Qarabağ AÇIQLAMASI

Təhsil

4 Aprel 2016, 14:30


Gürcüstan rəhbərliyi müxtəlif səviyyələrdə Azərbaycan-Ermənistan təmas xətinini Qarabağ istiqamətində baş verən hadisələrə reaksiya verməkdə davam edir.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli də prosesləri izlədiklərini deyib.

“Bu günə olan əsas məqsəd atəşin dayandırılmasıdır. Bundan sonra digər məsələlər barədə müzakirə aparmaq olar. Ona görə ümid edirəm ki, Minsk qrupunun görüşündə ən azı atəşkəs barədə razılıq əldə olunacaq”.

Gürcüstan baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze isə “Gürcüstan qonşu ölkə olaraq əlindən gələni edəcək”-deyə açıqlama verib.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?