Modern.az

Nazirdən GÖSTƏRİŞ: həkim briqadaları cəbhəyə göndərildi

Nazirdən GÖSTƏRİŞ: həkim briqadaları cəbhəyə göndərildi

Təhsil

4 Aprel 2016, 14:50

“Səhiyyə nazirinin göstərişi ilə Bakıdan səyyar briqadalar cəbhəyanı ərazilərdə əsgərlərə və yaralılara yardım göstərmək məqsədilə yola salınıb”.

Bu sözləri Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri liya Bayramova deyib. O qeyd edib ki, səyyar briqadalar lazımi avadanlıq, dərman və qanla tam təmin olunub.

Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva da bildirib ki, aprelin 2-i səhər saat 6-dan bu günə qədər cəbhə bölgələrinə lazımi qədər qan ehtiyatı göndərilib.

“Bu günə qədər lazımi qədər qan ehtiyatı cəbhə bölgələrinə göndərilib. Bu gün də ehtiyat olaraq  qan tədarükü göndərilib ki, birdən yaralılara lazım olar. Bir saat öncə əlaqə saxlamışıq, hələlik qana ehtiyac olmadığı bildirilib. Mərkəzi Qan bankında yetəri qədər qan var. insanlarımız da səhər saatlarındna qan verməyə gəliblər. Amma biz qana ehtiyac olduğu təqdirdə çağırış edəcəyik”.  

Aprelin 2-dən başlayaraq cəbhəboyu ərazilərdə aparılan əməliyyatlar nəticəsində ordumuz müəyyən qələbələr əldə edib. Goranboy cəbhəsində Talış kəndi ətrafındakı yüksəkliklər, Tərtərdə Seysulan məntəqəsi, Füzuli istiqamətində Lələtəpə yüksəkliyi düşmən qüvvələrindən tam təmizlənib. Bu günə qədər 15 əsgərimiz şəhid olub.

Azərbaycan tərəfinin dünəndən cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını dayandırmasına baxmayaraq, Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir. Cəbhəboyu ərazilərdə yenə də top səsləri eşidilir.

Aytən ZƏHRA  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?