Modern.az

“Sərkisyanın göz yaşları erməni hiyləsidir”

“Sərkisyanın göz yaşları erməni hiyləsidir”

Təhsil

4 Aprel 2016, 16:14

 

“Daha ox yaydan çıxıb. Böyük itkilər var. Ona görə də dayanmaq yox, yalnız irəli!”. Modern.az xəbər verir ki, bu fikirləri jurnalist Elşad Paşasoy özünün facebook səhifəsində yazıb.

E.Paşasoy bildirib ki, Azərbaycan dövləti birmənalı şəkildə Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazisindən çıxmaları tələbini qoymalıdır:

“Əks təqdirdə döyüş dayanmayacaq. Azərbaycan BMT TŞ-nin, Avropa Parlamentinin, AŞPA-nın qətnamələrini yerinə yetirmək missiyasını öz üzərinə götürüb, Qarabağı terrorçulardan, narkomafiya nümayəndələrindən, canilərdən, işğalçılardan təmizləyir. Azərbaycan əsgəri İraqda, Əfqanıstanda, Kosovada antiterror koalisiyasında iştirak etdiyi kimi, bu gün antiterror koalisiyasının üzvləri də Azərbaycanın yanında olmalıdırlar, təkcə sözlə yox! Tərəflərə atəşkəs çağırışı etməyə son verilməlidir! Bu gündən bir tərəf olmalıdır - o da işğalçı Ermənistan! Beynəlxalq aləm işğalçıya AZƏRBAYCAN TORPAQLARINDAN DƏRHAL ÇIXMAQ ÜÇÜN müraciət etməlidir.Qoy gəbərənlərin leşlərini də yığıb rədd olsunlar”. O qeyd edib ki, xaricdəki səfirliklərimiz hərəkətə keçməlidirlər, səsləri eşidilməlidir:

“Azərbaycan XİN elə bu gün Bakıdakı səfirləri bir yerə toplayıb onlara öz mövqeyini bəyan etməlidir. Xaricdəki səfirliklərimiz hərəkətə keçməlidirlər, səsləri eşidilməlidir, Polad Bülbüloğlundan nümunə götürsünlər. Bu əməliyyatlar Azərbaycanın şansıdır, dayansaq, daha 20 il, bəlkə də həmişəlik həsrət qalacağıq! Rəsmi Bakı Qarabağ ermənilərinə müraciət etməli, təslim olanlara aman veriləcəyi, onların təhlükəsizliyinin qorunacağı barədə bir daha təminat verməli, bunu davamlı şəkildə beynəlxalq aləmə, həmçinin internet, radio, televiziyanın imkanlarından istifadə etməklə Qarabağ ermənilərinin diqqətinə çatdırmalıdır. Ermənilərə "TƏSLİM OLUN" çağırışları həm də onların xilası anlamını verəcək, dünya bu siyasəti təqdir edəcək. İnşallah zəfər bizimdir! Xankəndində görüşənədək!”.

E.Paşasoy Sərkisyanın  “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində kompromislərə hazırdır” fikrinə isə belə münasibət bildirib:

“Kompromis yalnız bir halda olar ki, Ermənistan ordusu sonuncu işğal altındakı kəndimizi də tərk etsin. Yoxsa biz durub torpaqlarımızı alver predmetinə çevirməməliyik!

Sərkisyanın göz yaşları timsahın halını xatırladır. Erməni hiyləsidir, inanmaq olmaz! Tarix boyu hiylə ilə torpaqlarımızı əlimizdən alıblar, erməni sözünə etibar olmayıb, olmayacaq da. Qarabağın azad edilməsi üçün bir də belə TARİXİ FÜRSƏT ələ düşməyəcək! p.s. Sərkisyan öz gününə ağlayır. Bilir ki, vəziyyət belə davam eləsə, onu Azərbaycan ordusu yox, elə ermənilər özləri şaqqalayacaq - özgə torpaqları uğrunda bu qədər erməninin qanını tökdüyü üçün. Günün birində Serj ölkədən qaçsa, təəccüblənməyin. Durumu çox ağırdır. Danışıqlarda özünü küçə uşağı kimi aparırdı, indi kompromisslərdən danışır...”

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?