Modern.az

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

Təhsil

4 Aprel 2016, 16:48

Cari ildə manatın məzənnəsi bəyan olunmuş çevik məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb təklif nisbəti əsasında formalaşmaqdadır. Lakin, müəyyən de-dollarlaşma meyilləri şəraitində son günlər valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verməkdədir.

Bu haqda Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda deyilir.

Bildirilib ki, bununla əlaqədar olaraq məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb.

Qeyd olunanları nəzərə alaraq Mərkəzi Bank 4 aprel 2016-cı ildə valyuta alışı hərracı keçirib və hərrac 0.4 mln. ABŞ dolları həcmində yekunlaşıb.    

Gülşən RAUFQIZI  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?