Modern.az

Tərtər və Ağdamın Təhsil şöbələri: İki məktəbdə tədris pozulub

Tərtər və Ağdamın Təhsil şöbələri: İki məktəbdə tədris pozulub

Təhsil

4 Aprel 2016, 17:03


“Tərtər rayonunda məktəblərdə təhsil davam edir”. Bu sözləri Modern.az-a açıqlamasında Tərtər rayon Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev deyib. O qeyd edib ki, cəbhə bölgəsində vəziyyət gərgin olsa da, şagirdlər dərsə gəlirlər.
 
“Davamiyyət var, sadəcə bir məktəbimizdə müvəqqəti bir günlük çətinlik var, o da sabahdan bərpa olunacaq”.

Təhsil şöbəsinin müdiri Tərtər rayon Qapanlı kənd məktəbində tədrisin dayandığını vurğulayıb.

“Qapanlı kənd orta məktəbinə hərbçilər nəzarət edir, giriş-çıxış yoxdur. Ona görə bir günlük dayandırılıb. Ermənilərin açdığı ağır artilleriya atəşi nəticəsində mülki evlərə ziyan dəysə də,  rayon məktəblərinə heç bir şey olmayıb. Bir şagirdimiz VII sinif şagirdi Sənan Vəlizadə

Ermənilərin Seydimli kəndini artilleriya atəşinə tutması nəticəsində yaralanaraq, Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.

Ağdam rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova bildirib ki, rayonun Sarıclı kənd orta məktəbinə ermənilər tərəfindən mərmi atıldığı üçün tam dağılıb.

“Dərs vaxtı olmadığı üçün xəsarət alan olmayıb. Amma bina tam yararsız olduğu üçün şagirldər qonşu kəndlərin məktəblərinə yönləndirilib. 261 şagirdi bir günün içərisində yığmaq çətinlik törədir. Şagirldərin qismən yerləşdirilməsinə nail olmuşuq. Eyni zamanda, bizim bəzi kəndlər istinad divarlarına yaxın olduğu üçün şagirdlərin davamiyyətində axsamalar olub. 100 faiz olmasa da, 60-70 faiz şagird dərsə gəlir. Bunu  sərhədə yaxın Ayaq Qərvənd, Çəmənli, Hacıməmmədli kəndlərinə də aid etmək olar. Yerdə qalan məktəblərimizdə şagirdlər ardıcıl dərsə gəlirlər”.

Qeyd edək ki, bu gün Bərdə şəhərində vətəndaşlarla görüş keçirən nazir Mikayıl Cabbarov bildirib ki, ermənilərin açdığı artilleriya atəşi nəticəsində neçə məktəbə ziyan dəydiyi  ümumiləşdirilir.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?