Modern.az

Neftçinin meyiti Türkmənistandan Vətənə gətirilib

 Neftçinin meyiti Türkmənistandan Vətənə gətirilib

Təhsil

4 Aprel 2016, 20:11

 

Xəzər dənizinin Türkmənistan sektorunda tapılan neftçinin meyiti Vətənə gətirilib. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xəzər dənizinin Türkmənistan sektorunda tapılan meyitin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşmüş neftçilərdən biri olduğu ehtimal edilib. Bu barədə məlumat alındıqdan sonra meyitin tanınması və Vətənə gətirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.

Qeyd olunan təyyarə bu gün  axşam saatlarında geri dönmüş və cəsəd aidiyyəti üzrə təhvil verilib.​

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?