Modern.az

Lavrov və Kerri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

 Lavrov və Kerri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

Təhsil

4 Aprel 2016, 20:44

 

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət Katibi Conn Kerri ilə telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Məlumata görə, aprelin 4-də Sergey Lavrovla Con Kerri arasında telefon danışığı olub.

Hər iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri Dağlıq Qarabağda qarşıdurmanın eskalasiyasından ciddi narahatlıqlarını ifadə ediblər və tərəfləri hərbi əməliyyatların dərhal dayandırmağa çağırıblar.

Bundan başqa ATƏT-in Minsk qrupu həmsədr ölkələri Rusiya, ABŞ və Fransanın səylərinin artırılması barədə razılıq əldə olunub.

Lavrov və Kerri müxtəlif “xarici oyunçuları” Qarabağ ətrafında qarşıdurmanı qızışdırmaq cəhdlərini qınayıblar.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?