Modern.az

50 milyon türkün şəxsi məlumatı İnternetə düşüb

 50 milyon türkün şəxsi məlumatı İnternetə düşüb

Təhsil

4 Aprel 2016, 21:18

 

Naməlum hakerlər 50 milyon Türkiyə vətəndaşı haqda məlumatlara giriş əldə ediblər. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, İnternet şəbəkəsindəki məlumatlarda həmin şəxslərin adı, soyadı, anadan olduğu yer və il, valideynlərinin soyadları və ünvanları əks olunur.

Məlumatda qeyd edilir ki, bu aksiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə yönəlib. Naməlum hakerlər hesab edirlər ki, şəxsi məlumatların açıqlanması bütün türklərə dərs ola bilər və onlar “ölkəni tanınmaz vəziyyətə gətirən” Ərdoğanla haqq-hesab çürüdərlər. Bundan əlavə kibercinayətkarlar amerikalılara 2016-cı ilin noyabr ayında keçiriləcək prezident seçkilərində Donald Trampa səs verməməyə də çağırış ediblər. 

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?