
Ötən gecə Çempionlar Liqasında 1/4 finalın oyunlarına start verilib. Modern.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
İspaniya derbisində "Barselona" öz meydanında "Atletiko"nu (Madrid) qəbul edib. Oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Digər görüşdə isə "Bavariya" Almaniyada "Benfika"nı məğlub edib - 1:0.
Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın qalan iki oyunu bu axşam keçiriləcək.
"Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1
"Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya) - 1:0
6 aprel
22:45. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)
22:45. "Volfsburq" (Almaniya) - "Real" (Madrid, İspaniya)