Modern.az

Gömrük Komitəsində 61 cinayət işi başlanıb

Gömrük Komitəsində 61 cinayət işi başlanıb

Təhsil

6 Aprel 2016, 14:47


2016-cı ilin birinci rübündə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin icraatında olan materiallar əsasında 61 cinayət işi başlanıb. Bundan 52 cinayət işinin icraatı başa çatdırılıb ki, həmin işlərdən də 63 şəxs barəsində 47 cinayət işi ittiham aktı ilə baxılması üçün məhkəmələrə göndərilib, 5 cinayət işinin icraatına isə xitam verilib.

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edilib ki, həmin müddət ərzində cinayət işləri üzrə 36867,21 manat vurulmuş ziyan və cinayət işinin başlanılması rədd edilmiş materiallar üzrə 101868,55 manat gömrük ödənişləri ödətdirilib.

Eyni zamanda, cinayət işləri üzrə 21 milyon 750 min Rusiya rublu, 4702 manat dəyərində 180,6 qram qızıl-zinət əşyaları və cinayət işinin başlanılması rədd edilmiş materiallar üzrə 41600 ABŞ dolları, 18103 manat, 10746 manat dəyərində isə 163 ədəd mobil telefon dövlət mülkiyyətinə keçirilib.

Bundan başqa, 2016-cı ilin birinci rübündə İstintaq İdarəsinin icraatında olmuş cinayət işləri üzrə 30728,32 manat məbləğində mülki iddia qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında ödətdirilib.

Hazırda İstintaq İdarəsinin icraatında olan 83 cinayət işi üzrə istintaq davam etdirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?