Modern.az

“Mən atamla fəxr edirəm” - Şəhid oğlu

“Mən atamla fəxr edirəm” - Şəhid oğlu

Təhsil

11 Aprel 2016, 10:56

Şəhid olan pilot, mayor Təbriz Musazadənin oğlu Onur Musazadə atası ilə fəxr etdiyini deyib.

“Qafqazinfo”ya danışan O. Musazadə bildirib: “Atamla fəxr edirəm və ona layiqli övlad olacağam. Onlar qəhrəmandılar...”

Digər pilot, mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə isə belə deyib: “Özü dedi ki, gedib ermənilərin qanını içəcəyəm.

Deyirdi o torpaqlar bizimdir. Bunu balaca uşaqlarımıza saxlamalı deyilik. Onunla fəxr edirik. Bütün Azərbaycan onu tanımalıdır.

Urfan mənim sinif yoldaşım olub.

Bu ilin iyunun 26-da toyumuzun 10 ili tamam olacaqdı. Toyumuz Silahlı Qüvvələr günü olub”.

Şəhid polkovnik-leytenant Murad Mirzəyevin yoldaşı Fizzə Mirzəyeva: “Onunla fəxr edirəm”.

Bəkir İsmayılovun həyat yoldaşı Şəbnəm xanım: “Fəxr edirəm ki, o cür qayğıkeş bir insanın həyat yoldaşıyam. O, bizi uca zirvələrə qaldırdı. Bütünlüklə vətənə bağlı idi, bütün Azərbaycanın övladı idi”.  





Modern.az 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?