Modern.az

Qırmızı Xaç tərəflərlə dialoqları davam etdirir

Qırmızı Xaç tərəflərlə dialoqları davam etdirir

Təhsil

11 Aprel 2016, 12:04

“Beynəlxalq Qırmızı Xaç Komitəsi münaqişə tərəfləri ilə dialoqları davam etdirir”.

Bu haqda Modern.az saytına qurumun Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhəbri İlhanə Hüseynova məlumat verib.

O, qeyd edib ki, fəaliyyət tam bitdikdən sonra nəticələr barədə ictimaiyyətə açıqlama veriləcək:

“Dialoq mövzusunu ictimaiyyət üçün açıqlamırıq. Biz hansısa fəaliyyət bitdikdən sonra bu barədə açıqlama veririk”.

İ.Hüseynova ehtiyaclara uyğun addımlar atıldığını bildirib.

8 və 9 aprel tarixlərində BQXK-nin dəstəyilə cəbhədəki son hadisələr zamanı həlak olanların meyitlərinin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatları həyata keçirilib. Əməliyyatlar tərəflərin razılaşması və  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi ilə koordinasiya olunmaqla reallaşdırılıb.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?