Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində aprelin 2-5-də atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərləri tərəfindən zərərsizləşdirilən erməni hərbçilərinin bir qismi müəyyənləşib. Modern.az saytı xəbər verir ki, bu barədə "Report" "PanArmenian.net"ə istinadən məlumat yayıb.
Məlumata görə, hərbi əməliyyatlar zamanı 75 erməni hərbçisi həlak olub, 122 nəfər yaralanıb. Daha 1 hərbçi itkin düşmüş hesab edilir.
Modern.az