Modern.az

Beş əsgər yoldaşını güllələyib qonşu ölkəyə qaçdı

 Beş əsgər yoldaşını güllələyib qonşu ölkəyə qaçdı

Təhsil

12 Aprel 2016, 23:15

 

Əfqanıstanın cənubundakı Kandahar əyalətində sərhədçi 5 əsgər yoldaşını güllələyərək Pakistana qaçıb.  Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, güllələnən əsgərlərin hamısı ölüb.

Hakimiyyətdəkilər qeyd edirlər ki, insident əfqan taliblərinin hərbçilərin mövqeyinə hücum edəcəkləri ilə bağlı bəyanatından sonra  baş verib. Yaraqlılar 2012-ci ildə məhv edilən liderləri Molla Ömərin xatirəsinə “Ömər əməliyyatı” başlatmağı vəd edirlər.

Bəzi məlumatlara görə, qatil əsgər məhz taliblərin yanına qaçıb.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?