Modern.az

“Müdafiə Nazirliyinin maraqlarına uyğun idi”

“Müdafiə Nazirliyinin maraqlarına uyğun idi”

Təhsil

15 Aprel 2016, 13:41

Milli Məclisdə müzakirələr davam edir.

Modern.az xəbər verir ki, deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuat orqanlarının 4 günlük hərbi əməliyyatlar zamanı necə işləməsinə münasibət bildirib.  

O qeyd edib ki, mətbuat orqanları və saytlar bu müddətdə Müdafiə Nazirliyinin maraqlarına uyğun hadisələrə yanaşıb.   “Təəssüf ki, bəzi media orqanları baş verən olaylara kiçik prizmadan baxdı. Burada Milli Məclis barədə yazılanlar barədə danışıldı.

Bunlar kifayət qədər qərəzli, qeyri-obyektiv məlumatlar idi. Bu Mətbuat Şurasının diqqətindədir. Nəinki Milli Məclis, hər hansı qurum barədə neqativ yazıların getməməsinə çalışırıq”.

Aytən Zəhra 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?