Modern.az

Çempionlar Liqasında yarımfinalın püşkü atıldı - RƏQİBLƏR

Çempionlar Liqasında yarımfinalın püşkü atıldı - RƏQİBLƏR

Təhsil

15 Aprel 2016, 14:03



Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.

Modern.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yarımfinal cütlükləri müəyyənləşib.

"Mançester Siti" Madrid "Real"ına, "Atletiko" (Madrid) isə "Bavariya"ya rəqib olub. Final matçında "Mançester Siti" - "Real" cütünün qalibi nominal meydan sahibi olacaq. 

Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları 26/27 aprel - 3/4 may tarixlərində keçiriləcək.

Final isə mayın 28-də Milanda olacaq.


"Mançester Siti" (İngiltərə) - "Real" (Madrid, İspaniya)
"Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?