Modern.az

Milli Məclis dərs buraxmağa görə cəriməni ləğv etdi

Milli Məclis dərs buraxmağa görə cəriməni ləğv etdi

Təhsil

15 Aprel 2016, 14:32

Orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməyəcək.

Modern.az xəbər verir ki, Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinin ləğv edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Həmin maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməsini nəzərdə tutur.

Məcəlləyə dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Aytən Zəhra    

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?