Modern.az

Bu şirkətə Mərkəzi Bankdan daha çox inam var - AÇIQLAMA

Bu şirkətə Mərkəzi Bankdan daha çox inam var - AÇIQLAMA

Təhsil

15 Aprel 2016, 15:46

Bu gün Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.  Dövlət Neft Fondundan (ARDNF) Modern.az saytına verilən məlumata görə, hərraca 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb. Bu vəsaitdən 2,4 milyon ABŞ dolları 4 banka satılıb.

İqtisadçı Vüqar Bayramov bu barədə şərh verərkən aprelin əvvəllərində dollara tələbin yüksəlməsinə baxmayaraq yenidən bankların xarici valyuta alışı aşağı düşdüyünü bildirib:

“Dollara tələbin azalması banklarda dollarlaşma səviyyəsinin yüksək olması ilə yanaşı, həmçinin məşhur “Fitç’ agentliyinin manatın məzənnəsinin yaxın 6-12 ay ərzində sabit qalacağı ilə bağlı açıqlaması ilə əlaqədardır. Bundan sonra, bankların bir qismi gündəlik aktivlərini daha dollara çevirmirlər.

Bəzi banklarda gündəlik əməliyyatlar üçün nəzərdə tutulan vəsaitlərin manatda saxlanması prosesi bərpa edilməkdədir”. Ekspert deyib ki, banklarımız Londonda yerləşən “Fitç” şirkətinə Azərbaycan Mərkəzi Bankından daha çox inanırlar:

“Dollara tələbə Mərkəzi Bankdan daha çox xarici qiymətləndirmə şirkətlərinin açıqlamaları təsir göstərir.

Mərkəzi Bank isə manat bazasının məhdudlaşdırması siyasətini davam etdirməkdə israrlı görünür. Amma hiss olunur ki, baş bank bunu uzun müddət davam etdirə bilməyəcək.

Bununla yanaşı, dollara tələbin azalmasına baxmayaraq Mərkəzi Bank manatın kəskin möhkəmlənməsinə şərait yaratmaqda həvəsli görünmür. Mərkəzi Bankı hələlik milli valyutanın məzənnəsini özü üçün müəyyənləşdirdiyi koridorda saxlamaq niyyətindədir”.

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?