Rusiyanın Dağıstan Muxtar Respublikasının Kazbek rayonunda yaşayan azərbaycanlı qadın öz yaxın qohumlarını axtarır.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Muradova Ramilə Seyfulla qızı himayəsində olan 4 azyaşlı övladı ilə birlikdə Dağıstanın Kazbek rayonunun Dubnı qəsəbəsindəki xəsətəxanada yatır.Onun başında xərçəng şişinin aşkar olunduğu və kritik vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir.
Ramilə Muradova Balakən rayonunda yaşayan azərbaycanlı qohumlarını axtarır.
Vüqar İsmayılov