
Rusiya prezidenti Vladimir Putinin 2015-ci il üçün gəlir bəyannaməsimi açıqlanıb.
Modern.az Rusiya KIV-nə istinadən xəbər verir ki, Putin ötən il ərzində 133 min 708 dollar (8 milyon 891 min rubl) pul qazanıb.
2015-ci ilin əmlak bəyannaməsində prezidentin torpaq sahəsinin, mənzilinin, qarajının, QAZ M-21, Qaz M-21 P, və Niva markalı maşınlarının olduğu xəbər verilir.
Putinin 15 sot torpağının, 77 kvadrat metrlik mənzil sahəsinin və 18 kvadrat metrlik qaraj sahəsinin olması təsdiqlənib.
Vüqar İsmayılov