Modern.az

“Ermənilər döyüş meydanındakı meyitlərə hörmətsizlik ediblər”

“Ermənilər döyüş meydanındakı meyitlərə hörmətsizlik ediblər”

Təhsil

15 Aprel 2016, 18:21

Erməni silahlı birləşmələri aprelin 2-dən 5-dək cəbhə bölgəsində törətdiyi təxribat zamanı döyüş meydanında qalmış meyitlərə qarşı zorakılıq və hörmətsizlik ediblər.

Modern.az-ın məlumatına görə, bunu aprelin 15-də Müdafiə Nazirliyində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan Baş prokurorunun müavini - Azərbaycanın Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

X.Vəliyev Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin Azərbaycan torpaqlarının işğalında və törədilən ağır cinayətlərdə iştirakı, son döyüş əməliyyatları zamanı erməni hərbçilərin silahlı münaqişələr hüququnu pozaraq azərbaycanlı mülki əhaliyə qarşı zorakılığı, döyüş meydanında qalmış meyitlərə olan hörmətsizlik, o cümlədən digər fakt və dəlilləri qonaqların diqqətinə çatdırıb.

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?