Dövlət Gömrük Komitəsi gömrük hüquqpozmaları ilə bağlı statsitikanı açıqlayıb. Komitəninmətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə aşkar edilmiş cinayət xarakterli faktların sayı 121 olub.
Bunlardan 75-ci qaçaqmalçılıq faktı, 23-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 4 gömrük ödənişlərinin ödənilməsindən yayınma, 15 aksiz markası ilə markalanmalı olan malları belə
marka olmadan idxal etmədir. Digər cinayət xarakterli 30 fakt qeydə alınıb.
Cinayət əməllərində təqsirləndirilən şəxslərin sayı 128-dir.
Həmçinin bildirilib ki, tutulmuş narkotik vasitələrin miqdarı (qram) 474 645.8020, tutulmuş psixotrop maddələrin miqdarı (qram) 45.9410 olub.
Gülşən RAUFQIZI