Modern.az

“Bu, neft qiymətinin kəskin artmasına gətirib çıxarda bilməz”

“Bu, neft qiymətinin kəskin artmasına gətirib çıxarda bilməz”

Təhsil

18 Aprel 2016, 12:07

 

“Azərbaycanda ümumiyyətlə neft hasilatı aşağı düşür, ona görə də OPEC ölkələri və OPEC-ə üzv olmayan ölkələrin neft hasilatını artırmamaq barədə qərarı Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb etməyən məsələdir”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib. O qeyd edib ki, Azərbaycanda illərdir neft hasilatı aşağı düşür.

“Azərbaycanın özünün hasil etdiyi, özünəməxsus, SOCAR-ın payına düşən neftlə yanaşı xarici şirtkətlərin payına düşən neft də var. Azərbaycan özü barədə qərar çıxarda bilər, amma xarici şirkətlər barəsində əlavə danışıqlara ehtiyac yoxdur”.

Ə.Məsimli OPEC-ə üzv olan və olmayan dövlətlərin neft hasilatını “dondurmaq” barədə qərarlarının qiymətə əhəmiyyətli təsir etməyəcəyini qeyd edib.  

“Neftin qiymətinin aşağı olması ilə bağlı OPEC-ə üzv olan və üzv olmayan dövlətlər bir araya gəlirlər, hasilatın “dondurulması” istiqamətində addımlar atırlar, əlavə razılşamalar etmək istəyirlər.

Belə bir razılaşma əldə olunsa neftin qiymətinin kəskin surətdə aşağı düşməsi ehtimalları aradan qalxımış olar. Lakin bu neftin qiymətinin kəskin surətdə artmasına gətirib çıxarda bilməz”.    

Aytən ZƏHRA    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?