Modern.az

“Bakıdakı katoliklər qarışıq ailələrdən doğulanlardır” - İcma sədri onların sayını AÇIQLADI

“Bakıdakı katoliklər qarışıq ailələrdən doğulanlardır” - İcma sədri onların sayını AÇIQLADI

Təhsil

18 Aprel 2016, 12:24

“Azərbaycan dünyəvi dövlət olduğundan bura gələn insanların konkret hansı dinə mənsub olması  soruşulmur. Mən 7 il əvvəl bura gələndə Azərbaycanda yüzlərlə yerli katolik vardı”.

Bunu Modern.az saytına katolik icmasının rəhbəri Vladimir Fekete bildirib.

O, qeyd edib ki, onların əksəriyyəti Bakıda yaşayan əcnəbi ailələrdi:

“Amma katoliklərin dəqiq sayını Vatikanda öyrənmək olar. Məndə olan məlumata görə, yerli katoliklərin sayı 500-600 civarındadır. Əcnəbi şirkətlərin katolik məzhəbindən olan 1000-ə yaxın işçisinin də burda işlədiyini nəzərə almalıyıq. Təbii ki, bu, konkret say deyil”.

V.Feketenin sözlərinə görə, Bakıdakı katoliklərin əksəriyyəti qarışıq ailələrdən doğulan uşaqlardır:

“Hansı ki, dünyaya gələn uşaq tərəflərdən birinin təkidi ilə xaç suyuna salınır və xristianlığı qəbul etmiş olur”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?