
Böyük Britaniyanın keçmiş baş naziri, “dəmir ledi” kimi məşhur olan Maqaret Tetçerin heykəli ötən ildən hazır olsa da, qohumlarının razılığı olmadan qoyula bilməz.
Modern.az xarici mediaya istinadən bildirir ki,”dəmir ledi”nin qızı Kerol Tetçer anasının heykəlinin Britaniya parlamentinin qarşısında ucaldılmasına qarşı çıxıb.
Əfsanəvi “dəmir ledi”nin yaxınlarının bu qərarın əleyhinə çıxmalarının səbəbi isə heykəlin dəmirdən deyil, tuncdan hazırlanmasıdır. Bundan əlavə, Tetçerin qızı bəyan edib ki, müəlliflər keçmiş baş nazirin çantasını uğurlu əks etdirə bilməyblər.