
2016-cı ilin ilk 3 ayında Azərbaycandan 150.40 min dollarlıq, ötən ilin analoji dövründə isə 57.50 min dollarlıq diri heyvan ixrac edilib. 2016-cı ilin ilk 3 ayı ərzində idxal edilən diri heyvanlara 3 771.20 dollar, 2015-ci ilin həmin dövründə isə 18 335.54 dollar sərf edilib.
Modern.az saytı xəbər verir ki, bu barədə Gömrük Komitəsinin rəsmi statistikasında qeyd edilib.
Bildirilib ki, balıqlar və xərçəngkimilər, mollyusklar və digər su onurğasızlarının ixracı baş verməyib. 2016-cı ilin yanvar-mart aylarında 4 584.56 dollarlıq, 2015-ci ilin yanvar-mart aylarında isə 1 360.39 dollarlıq məhsul idxal edilib.
2016-cı ilin 3 ayında t 14 113.00 dollarlıq tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları, ötən ilin analoji dövründə isə 2 905.77 dollarlıq ixrac həyata keçirilib. 2016-cı ilin ilk aylarında 23 862.11 dollarlıq, 2015-ci ilin ilk aylarında isə 8 245.02 dollarlıq məhsul idxal olunub.
Ötən ilin ilk 3 ayında 33 038.78 dollarlıq yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları ixrac edildiyi halda, bu ilin ilk 3 ayında 29 138.50 dollarlıq məhsul ixrac edilib. Bu ilin əvvəllərində həmin məhsula13 268.40 dollar, ötən ilin əvvəllərində isə 88.19 dollar xərclənib.
Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsullarına 2015-ci ilin əvvəllərində 322.17 dollar, 2016-cı ilin əvvəllərində isə 311.83 dollar sərf edilib.
Sözügedən məhsula ötən il 16 422.15 dollar, bu ilin ilk 3 ayında isə 17 889.08 dollar xərclənib.
Gülşən RAUFQIZI