Modern.az

Hadı Rəcəbli: "Mənzillər ilk olaraq I qrup əlillərə verilməlidir”

Hadı Rəcəbli: "Mənzillər ilk olaraq I qrup əlillərə verilməlidir”

Təhsil

18 Aprel 2016, 16:33


“Qarabağ əlillərinə mənzillər verilir. Sadəcə, burada bir məsələ var, mənzillər ilk olaraq, I qrup əlillərə verilməlidir”.
Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin iclasında deyib.

Deputat əlillərin bəzi məsələlərlə bağlı narazı olduğunu qeyd edib:

“Hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi həmin maşın xarab olub, deyir ki, yeni maşın verin. Bir dəfə maşın verilib, dövlət bundan artıq nə etməlidir? Bu doğru yanaşma deyil. Nə edirsən, yenə də elə narazı qalırlar”.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?