Modern.az

Deputat: “İsa Həbibbəyliyə göndərmişik”

Deputat: “İsa Həbibbəyliyə göndərmişik”

Təhsil

18 Aprel 2016, 17:03

 

“Əlillərlə bağlı məsələlər digər qanunvericilik aktlarında da öz əksini tapmalıdır”.

Modern.az-ın məlumatına görə bu barədə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Aytən Mustafayeva deyib.  

O bildirib ki, əlillərin təhsili ilə bağlı təkliflər Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyliyə verilib:  

“Əlilliklə bağlı qanunvericilikdə işlər gedir.

Təhsil ilə bağlı bir neçə təkliflərimizi  İsa Həbibbəyliyə göndərmişik. Çünki təhsil haqqında qanunda da bunlar öz yerini tapmalıdır.  

Bizdə əlillik haqqında qanun normal qanundur. Amma təəssüf ki, əlilliklə bağlı məsələlər digər qanunlarda öz əksini tapmayıb”.  

Ağa AKİFOĞLU

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?