Modern.az

Türkiyədən Rusiyaya qarşı viza QADAĞASI

Türkiyədən Rusiyaya qarşı viza QADAĞASI

Təhsil

18 Aprel 2016, 17:17

Türkiyə xidməti işlə bağlı ölkəyə səfər edəcək Rusiya vətəndaşlarına viza tətbiq edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Moskvadakı səfirliyi məlumat yayıb.  

“Aprelin 15-dən etibarən Türkiyəyə xidməti pasportla daxil olan Rusiya vətəndaşlarına qarşı viza rejimi tətbiq olunacaq”.  

Bununla belə, ümumvətəndaş və diplomatik pasportu olan Rusiya vətəndaşları üçün vizasız rejim öz gücünü saxlayacaq.

Artıq Rusiya Xarici İşlər Nazirliyi  Ankaraya qarşı cavab tədbirləri həyata keçirəcəyini bildirib.  

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?