Təmas xəttində baş verən gərginliklə əlaqədar Goranboy rayonunda iki həftəyə yaxın fəaliyyətini dayandıran Tap və Tapqaraqoyunlu məktəblərində tədris dünəndən bərpa olunub. Bu sözləri Modern.az-a açıqlamasında Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Səxavət Mamedov deyib. O qeyd edib ki, məktəblərin müəllimləri artıq işə çıxıblar və şagirdlərin də bəziləri dərslərə gəlir.
“Düzdür, davamiyyət zəifdir. Amma zamanla bərpa olunacaq. Həmin məktəblərin şagirdləri iki həftəyə yaxın dərslərdən yayındılar. Düzdür, çalışdığımız qədər onları qonşu kənd məktəblərinə göndərdik. Amma onların öz məktəblərində tədris olunmalarının yerini heç nə verə bilməz”.
Tapqaraqoyunlu kəndində 80-ə yaxın evə zərər dəydiyini deyən məktəb direktoru onların da təmirinə başlanıldığını vurğulayıb.
“Qəzalı evlər təmir olunur. Əhali də qayıdır, yaxın günlərdə şagirdlərin davamiyyəti tam olacaq”.
Aytən ZƏHRA