Modern.az

Sabahın hava PROQNOZU: 30 dərəcə isti olacaq

Sabahın hava PROQNOZU: 30 dərəcə isti olacaq

Təhsil

26 Aprel 2016, 12:18

Sabah hava şəraitinin Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 20-24, yarımadanın bəzi yerlərində 27-dərəcə isti, Bakıda gecə 11-13, gündüz 23-25 dərəcə isti olacaq.  

Aprelin 27-da Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu gecə 10-15, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?