Modern.az

Türkiyədən daha bir Qarabağ AÇIQLAMASI

Türkiyədən daha bir Qarabağ AÇIQLAMASI

Təhsil

26 Aprel 2016, 15:29


Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir:

"Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz aydındır. Biz həmişə Azərbaycanın yanındayıq.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Dağlıq Qarabağ münaqişəsi, yəni Azərbaycan torpaqlarının işğalı məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?