Modern.az

Qalib bankların adları - SİYAHI

Qalib bankların adları - SİYAHI

Təhsil

26 Aprel 2016, 15:50


Azərbaycan Mərkəzi Bankı (AMB)  2013-cü ildən etibarən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi istiqamətində bankların fəaliyyətinin qiymətləndirilməsi və illik əsasda onlardan daha aktiv olanlarının seçilərək mükafatlandırılması məqsədi ilə müxtəlif müsabiqələr keçirir.

Bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Mərkəzi Bank tərəfindən 2015-ci ilin yekunlarına görə “Nağdsız ödənişlər üzrə lider bank”, “Elektron bankçılıq xidmətlərində lider bank”, “Elektron ticarətin inkişafında lider bank”, “Təmassız ödəniş kartları üzrə lider bank” və “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyaları üzrə aşağıdakı qaliblər müəyyən edilib və təşəkkür məktubları göndərilib.

“Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə:

I yer “Bank of Baku” ASC;

II yer “Bank Silk Way” ASC ;

III yer “Bank Respublika” ASC

“Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə:

I yer “Bank Respublika” ASC;

II yer “Bank of Baku” ASC;

III yer “Turanbank” ASC.

“Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə:

I yer “Azərbaycan Beynəlxalq Bankı” ASC;

II yer “Bank Respublika” ASC;

III yer “Unibank” ASC.

Gülşən RAUFQIZI    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?