ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində çalışırlar. Modern.az saytı xəbər verir ki, bu barədə RİA “Novosti” agentliyi xəbər yayıb.
Məlumata görə, ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andrie hər iki ölkənin prezidentləri ilə görüşdüklərini bildirib. Onun sözlərinə görə, hazırda prezidentlərin görüşünü təşkil etməyə çalışırlar. Hazırda həmsədrlərdə regiona səfər haqqında konkret plan yoxdur. Andrie danışıqlar prosesinə mümkün qədər tez başlamaq ehtiyacının olduğunu vurğulayıb.
Modern.az