Modern.az

Tərtərdə yaşayış evlərinə xeyli ziyan dəyib – fotolar

 Tərtərdə yaşayış evlərinə xeyli ziyan dəyib – fotolar

Təhsil

26 Aprel 2016, 22:14

 

Ötən gecə ermənilərin minaatanlardan və iri çaplı silahlardan atəşə tutması nəticəsində cəbhənin Tərtər rayonunun yaşayış məntəqələrinə xeyli ziyan dəyib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Tərtər rayon İcra Hakimiyyəti ziyan dəyən evlərlə bağlı araşdırmalara başlayıb.

İlkin məlumata görə, ümumilikdə 7 yaşayış məntəqəsində 20 fərdi evə ziyan dəyib.  Taxıl və əkin sahəılərinə, həyətyanı təsərrüfatlara mərmi düşüb. Yaşayış məntəqələrinin elektrik, rabitə, su xətlərinə də ziyan dəyib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün ermənilərin ötən gecə Tərtəri minaatanlardan və iri çaplı silahlardan atəşə tutmaları barədə məlumat yayıb.

Bildirilib ki, nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralananlar yoxdur. Hazırda cəbhənin Tərtər istiqamətində vəziyyətin stabil olduğu, Azərbaycan Silahlı Bölmələrinin əməliyyat şəraitinə nəzarət etdiyi açıqlanıb.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?