Modern.az

Xoş PROQNOZ: Neftin qiyməti 50-55 dollar olacaq

Xoş PROQNOZ: Neftin qiyməti 50-55 dollar olacaq

Təhsil

27 Aprel 2016, 13:18

ABŞ-ın “Bloomberg” agentliyi dünya bazarında neftin ideal qiymətini müəyyən edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, agentlik aparıcı analitiklərlə sorğudan sonra ideal neft qiymətinin 1 barel üçün 50-55 dollar arasında dəyişdiyini müəyyən edib.

Dünyada ən çox neft buruqları olan Nabors İndustries şirkətinin rəhbərliyi agentliyin ehtimalını dəstəkləyib.  

“Neftin qiymətləri 50 dollar olmalıdır ki, dondurulmuş layihələr yenidən bərpa olunsun. Maliyyə stabilliyi də yalnız bunun sayəsində qazanılacaq”.  

Kanadanın Pioner, Britaniyanın BP və ABŞ-ın Wood Mackenzie holdinqləri də neftin qiymətinin ilin sonuna qədər 50-55 dollar olacağını proqnozlaşdırır.    

Vüqar İsmayılov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?