Modern.az

Almaniya kəşfiyyatının rəhbəri istefaya gedir

Almaniya kəşfiyyatının rəhbəri istefaya gedir

Təhsil

27 Aprel 2016, 15:33

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Qerhard Şindler nəzərdə tutulan müddətdən iki il əvvəl postunu tərk edəcək. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Angela Merkel administrasiyasından məlumat verilib.

Bildirildiyinə görə, Qerhard Şindleri bu vəzifədə Maliyyə Nazirliyinin departamentlərindən birinin rəhbərinin müavini Bruno Kal əvəzləyəcək.

BND rəhbəri Almaniya kəşfiyyatına 2012-ci ildən başçılıq edir. Onun istefası iyunun 1-nə nəzərdə tutulur.

Qerhard Şindlerin belə qərar qəbul etməsinin səbəbi ilə bağlı rəsmi məlumatlarda heç nə açıqlanmır. Qerhardın adı son dəfə qalmaqalda çəkilib. Təxminən bir il əvvəl məlum olub ki, BND bir neçə il ərzində ABŞ Milli Təhlükəsizlik Agentliyinin xahişi ilə qonşu Avropa ölkələri üçün casusluq edib. O vaxt sızan informasiyaya görə BND izləməni Fransa prezidentinin dəftərxanasında, bu ölkənin Xarici İşlər Nazirliyində, eləcə də Avropa Komissiyasında həyata keçirib.


Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?