Modern.az

Qırmızı Xaç dövlət komissiyasının müraciətinə belə cavab verdi

Qırmızı Xaç dövlət komissiyasının müraciətinə belə cavab verdi

Təhsil

27 Aprel 2016, 17:17

 


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası  Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət edərək Ermənistanı müharibə qaydalarını pozmaqdan çəkindirməyə çağırıb.

Komissiya Ermənistanın bu addımlarının beynəlxalq humanitar hüquq normalarına, müharibə qaydalarına zidd olduğunu, adi insani dəyərlərə hörmətsizlik kimi qiymətləndirdiyini BQXK-nın diqqətinə çatdırıb və qarşı tərəfi bu əməllərdən çəkindirməyə çağırıb.

Məsələ ilə bağlı BQXK-nın Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az saytına deyib ki, münaqişə tərəfləri ilə danışıqlar davam etdirilir:

“Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəflərlə olan dialoqun məzmununu ictimailəşdirmir. Çünki, münaqişə tərəfləri ilə olan dialoqlar konfidensial xarakter daşıyır və ikitərəfli söhbətin bir hissəsidir”.  

Gülşən RAUFQIZI    

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?